“Bakubus”a daha bir marşrut xətti verilib


Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin sakinlərinə “Bakubus” MMC-yə məxsus avtobuslar xidmət göstərəcək.

Sozcu.info xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bildirib.

"Bununla da qəsəbənin 50 000 nəfərə yaxın sakininin ictimai nəqliyyata əlçatanlığı təmin ediləcək. 149 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilərək "Sahil" metro stansiyasından Sahil qəsəbəsinə müəyyən edilib", - deyə o qeyd edib.



Oxşar Xəbərlər

Xəbər lenti