27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
“Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını istəyir”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan Ermənistana sülh təklif edib: “Ermənistan başqasının torpağından çıxarılmağı həzm edə bilmir. Ermənilər gərginlik yaradır, Qarabağa silah daşıyırlar”.
***
Türkiyə hava məkanını Ermənistan üçün bağlayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
Nazir deyib ki, Ermənistanın üçüncü ölkəklərə uçuşları üçün hava məkanı bağlanıb.
Mövlud Çavuşoğlu Ermənistandakı abidə təxribatından sonra Türkiyə hava məkanının erməni təyyarələri üçün bağlandığını açıqlayıb.
“Mən bunu qəbul edə bilmirəm. Buna cavab olaraq hava məkanımızı erməni təyyarələri üçün bağladıq. Görüş üçün Türkiyəyə yalnız Ermənistan parlamentinin sədri gələcək, istisna olmaqla, ona icazə vermişik. Davam etsələr, yeni addımlar atacağıq”-Çavuşoğlu xəbərdarlıq edib.
Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatına İrəvanda abidə ucaldılması qəbuledilməzdir.
Nazir əlavə edib ki, hava məkanının qapadılmasından başqa da nə lazım olsa, onu edəcəklər.
APA