27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Xəbər verdiyimiz kimi, iki gün əvvəl Azərbaycanda “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişiklik edildi. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, həqiqi hərbi xidmət hərbi qulluqçuları ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.
Əlbəttə, ilk baxışdan bu qərarı tamamilə təbii qəbul etmək olar. Ən azı ona görə ki, ölkədə narkomaniyanın sürətlə yayıldığı indiki ərəfədə bu problemin qarşısını almaq üçün atılan hər bir addım yerindədir. Lakin nəzərə alsaq ki, baş nazirin məlum qərarında söhbət yalnız hərbi qulluqçulardan gedir, o zaman istər-istəməz bir sıra sullarla qarşılaşırsan. Məsələn, Ə.Əsədovu bu qərara imza atmağa məcbur edən hansısa səbəblər varmı? Yaxud, hərbi xidmət sahəsi kimi qapalı və sərt rejimli bir mühitdə həqiqətənmi narkotik istifadəçilərinin sayı artır ki, baş nazir belə, hərəkətə keçməyə məcbur olub? Stopnarkotik.az bu və digər suallar ətrafında apardığı araşdırma nəticəsində Əli Əsədovun bu qərarı verməsinə səbəb olan bəzi faktlar əldə edib.
Stopnarkotik.az saytının etibarlı qaynaqlardan əldə etdiyi məlumata əsasən, son vaxtlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular arasında narkotik istifadəçilərinin sayının sürətlə artdığı müşahidə olunub. Bu fakt müvafiq qurumları ciddi narahat etdiyindən, alayın bütün hərbi qulluqçuları narkotik testindən keçirilib. Təsdiqlənməmiş informasiyaya görə, bu zaman 40 nəfərdən çox hərbçinin aktiv narkoman olduğu, yəni mütəmadi olaraq narkotik maddə istifadə etdiyi müəyyən edilib.
İstisna olunmur ki, baş nazir Əli Əsədovun hərbi qulluqçuların ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçirilməsi haqda qərarı bilavasitə Penitensiar Xidmətin mühafizə alayında baş verən bu biabırçı faktın üzə çıxması ilə əlaqədardır...
P.S. Mövzunu davam etdirəcəyik. Penitensiar Xidmətin də mövqeyini dərc etməyə hazırıq.