“Azərişığ”ın 171 milyon manata yaxın borcu bağışlandı


“Azərişıq” ASC-nin 170 milyon 500 min manat kreditor borcu bağışlanıb.

Sozcu.info xəbər verir ki, bu barədə  “Azərişığ”ın 31 dekabr 2022-ci il tarixində tamamlanan il üzrə Maliyyə Hesabatları və Müstəqil Auditorların Hesabatında bildirilir.

“2022-ci ildə Nazirlər Kabinetinin 28 dekabr 2022-ci il tarixli 795 nömrəli qərarına əsasən həmin tarixə “Azərenerji” ASC-yə olan 170 500 min AZN məbləğində kreditor borcu bağışlanıb”, - deyə hesabatda qeyd olunub.

Bundan əlavə şirkət Asiya İnkişaf Bankından dövlət zəmanəti ilə götürdüyü kreditin faiz borcunu ödəmək üçün Maliyyə Nazirliyindən 42 milyon 500 min pul alıb. Bu məbləğ 2021-ci ildə 22 milyon 467 min manat olub.



Oxşar Xəbərlər

Xəbər lenti