Şuşada festivalın ilk günü necə keçdi? - Video


Xəbər verdiyimiz kimi, Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılış konsert proqramı təşkil olunub.

Sozcu.info xəbər verir ki, festivalın ilk günü maraqlı məqamlarla yadda qalıb. Belə ki, ötən gün tamaşaların, iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxin təqdimatı olub.

Qonaqlar şəhərdə yaradılmış “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında olan müxtəlif guşələrə baş çəkiblər, konsert proqramları, sərgilər və film nümayişlərində iştirak ediblər. 

Qeyd edək ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı 3 gün davam edəcək.

Ötəngünkü festival günündən videonu təqdim edirik:

 




Oxşar Xəbərlər

Xəbər lenti