Mayın 20-də hayklar Laçınla həmsərhəd kənddə Azərbaycana qarşı aksiya keçirəcək...


Mayın 20-də revanşist və işğalçı xislətli ermənilər Ermənistanın Laçın rayonu ilə sərhədində yerləşən Gorunzur("Kornidzor") kəndi yaxınlığında Azərbaycan əleyhinə aksiya keçirməyi planlaşdırır.

Moderator.az xəbər verir ki, bu haqda "Pastinfo" nəşrinə açıqlamasında aksiyanın təşəbbüskarlarından biri, "Könüllülər hərəkatı"nın üzvü, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının səfərbərlik-təşkilat idarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Artaşes Mxitaryan danışıb.

Erməni polkovnikin sözlərinə görə, aksiyada əsas məqsəd "Ermənistanın Artsaxla bir olduğunu, Artsax uğrunda mübarizənin və Azərbaycana qarşı hadisələrin davam edəcəyini nümayiş etdirməkdir".

Mayın 20-i, saat 12-də keçiriləcək aksiyanın Azərbaycan dövlətinin bu yaxınlarda beynəlxalq qanunlara tam uyğun olaraq öz sərhədində - Gorus-Laçın-Xankəndi yolunun Azərbaycana giriş hissəsində, Həkəri çayı üzərindəki körpüdə qurduğu sərhəd-buraxılış məntəqəsinin yaxınlığında keçirilməsi nəzərdə tutulur. Və hayklar bununla həmin məntəqənin qurulmasına da etirazlarını ifadə etmək istəyirlər.




Oxşar Xəbərlər

Xəbər lenti