GENERAL-POLKOVNİK KƏRƏM MUSTAFAYEV BARƏSİNDƏ ŞOK İDDİALAR – “Mənə dedi ki, 10 min manat ödəməyibsən, bu səbəbdən oğluna cəza kəsilib...”


Naxçıvan şəhəri, Culfa rayonu, Yaycı kənd sakini Allahyarov Tahir Abbas oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, general-polkovnik Kərəm Mustafayev və Naxçıvandakı N saylı hərbi hissənin komandiri onun oğlundan rüşvət istəyiblər:

“Mən, Allahyarov Tahir Abbas oğlu, Culfa rayonunun Yaycı kəndində yaşayıram. Oğlum Allahyarov Röyal Tahir oğlu 2014-il N saylı hərbi hissədə isləyirdi. 2022-ci ildə heç bir günahı, səhvi olmadan, Kərəm Mustafayevin göstərişi ilə N saylı hərbi hissəyə göndərildi. Orada oğlumdan pul istəyiblər. O, pulu verə bilmədiyindən onu daha ağır vəziyyətdən olan N saylı hərbi hissəyə göndərdilər. Burada 5 ay işlədikdən sonra, işinə alışmağa başlayırdı. Yaxşı işlədiyinə görə oğluma əlavə olaraq (premiya) maaş yazılmışdı. Amma o pulu vermədilər oğluma. Komandirdən bunun səbəbini soruşanda isə təhqirlə danışıb və deyib ki, yaxşı etmişəm kəsmişəm. Oğlum da deyib ki, yaxşı etmişəm, özüm bilərəm nədi, belə bir şey olmaz deyib.

Bu sözlərinə görə oğluma 1 gündə 5 cəza veriblər. 3 sutka həbs, töhmət, 156-cı maddənin E bəndi ilə xidmətə uyğunsuzluq verilmişdi. Bütün bunlara etiraz olaraq Kərəm Mustafayevin qəbuluna yazıldım. Ata olaraq oğlumun günahsız yerə bu cəzalara layiq görülməsinə ürəyim dözmürdü. Ondan oğlumun nə günahı olduğunu soruşdum, mənə dedi ki, 10 min pulu ödəməyibsən, bu səbəbdən də cəza kəsilib.

Bu məsələ ilə bağlı məhkəməyə müraciət etdim. Kərəm Mustafayev məni çağırtdırıb dedi ki, məhkəmədə qalib gəlsən oğlunun başına oyun açdıracam.

Xahiş edirəm bu məsələni işıqlandırın, tək mən yox, bu şəxslərdən şikayətçi olan bir çox insan var”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 



Oxşar Xəbərlər

Xəbər lenti