26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
2026-cı ilə qədər 135 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq.
Sozcu.info xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, 2026-cı ilə qədər 135 min təhsilverən sertifikatlaşdırma prosesinə qatılacaq.
Nazir qeyd edib ki, sertifikatlaşdırmadan müvəffəqiyyətlə keçən müəllimlərin maaşlarına artımlar ediləcək:
"Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqqılarına əlavələr olunacaq. Bu əlavələr 10 faizdən 35 faizə qədər olacaq və nəticədə orta əməkhaqqının artmasına səbəb olacaq. 2023-cü ilin fevral ayında orta əməkhaqqı 790 manat təşkil etmişdi".
Sertifikatlaşdırmanın təhsil sektorunda keyfiyyətin artırılmasına töhfə verməsi gözlənilir.
Yenisabah.az