İlham Əliyev bu qanunu təsdiqlədi


Elektroenergetika sektorunda dövlət siyasətinin əsas prinsipləri müəyyənləşib.

Sozcu.info xəbər verir ki, bununla bağlı müddəlar Prezident İlham Əliyevin imzaladığı “Elektroenergetika haqqında” Qanunda əks olunub.

Bu Qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Sənədin 39.2-ci və 39.3-cü maddələrində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

qafqazinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti