İşdən çıxarılan generalın yerinə təyinat oldu


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis müavini təyin edilib.

Sozcu.info manset.az-a istinadən xəbər verir ki, polkovnik Azər Məmmədov müvafiq əmrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini təyin olunub. O bu təyinata qədər hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, hazırda xidmətin rəisi polkovnik Mürsəl İbrahimovdur. Onun 1-ci müavini general-leytenant Zaur Abdullayev isə ötən həftə vəzifəsindən kənarlaşdırılıb. Bundan əlavə Zaur Abdullayev qalmaqallı general kimi yadda qalıb. Onun 10 il ərzində baş leytenant rütbəsindən general rütbəsinə yüksəlməsi müzakirələrə səbəb olmuşdu.

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təyinatı təsdiqləyib.

Bildirilib ki, A.Məmmədov uzun müddət daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət keçib.



Oxşar Xəbərlər

Xəbər lenti