Ağdərədə atışma: Xocalıya avtobusda kimlər gətirildi? - Polkovnik açıqladı


Bu günlərdə rus sülhməramlılarının müşayiəti ilə Xankəndiyə hərbi kalonların keçidi ilə bağlı yayılan video görüntülər heç kəsi çaşdırmasın. Çünki bu sadəcə olaraq separatçıların olduğu yerlərdən sülhməramlıların köməyi ilə edilən yerdəyişmə idi. Onlar Azərbaycanın strateji yüksəkliklərinə yaxın olan yerlərdə öz mövqelərini dəyişirlər. Sözsüz ki, bu, separatçıların qununsuz hərəkətləridir. Amma bu o demək deyil ki, separatçılar üçün kənardan silah-sursat daşınır. Artıq bu mümkün deyil.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnik hesab edir ki, Azərbaycanın Laçın yolunun girişində qurduğu sərhəd-buraxılış məntəqəsindən nəsə keçirmək absurddur:

“Artıq bir aydır ki, bu keçiddən bir güllə belə keçirmək mümkün deyil. Separatçılar və sülhməramlılar da buna cəhd etmir. Çünki Azərbaycanın bu postunda oradan keçən bütün avtomaşınlara baxış olur. Skayner aparatları və əsgər naryadları ilə bütün yüklər yoxlanılır”.

Hərbi ekspert Xocalıda separatçıların hərbi təlim keçirməsinə də münasibət bildirib:

“Məktəbli avtobusunda Xocalıya hərbçilərin daşınması heç də təsadüfi deyil. Əslində o avtobus rus sülhməramlılarının uşaqlarını məktəbə aparıb-gətirmək üçün istifadə edilməlidir. Amma fakt odur ki, bu avtobus separatçıların daşınması üçün istifadə edilir. Eyni zaman dünən axşam saatlarında rus sülhməramlıları bir məlumat yaymışdılar ki, guya Ağdərə istiqamətində atəşkəs rejimi bir dəfə pozulub. Bu gülünc açıqlama idi. Çünki əgər atəşkəs olsa idi, bu tərəflərdən birinin bir dəfə atəş açması ilə baş verməzdi. Fakt odur ki, rus sülhməramlılar bu vaxta qədər atəşkəsin olması ilə bağlı məlumatlar yayır. Bu, sülhməramlılar üçün sadəcə olaraq hesabat xarakterli bir absurd informasiya və yalan təbliğat üçün edilən cəhdlərdir”.

Üzeyir Cəfərova görə, bu cür təbliğatla prosesi uzatmaq əhəmiyyətsizdir:

“Azərbaycan oradakı prosesləri diqqətlə izləyir. Qarşıdakı müddətdə burada antiterror əməliyyatları ilə vəziyyətə tam nəzarət ediləcək. Separatçılar indiki halda silah-sursatın yerini ona görə dəyişir ki, Azərbaycanın bu addımı atacağını bilir. Amma bunlar faydasızdır”.



Oxşar Xəbərlər

Xəbər lenti