Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Sozcu.info kanal1.az-a istinadən xəbər verir ki, adıçəkilən xəbər portalının baş redaktoru Arzu Orucov Gəncə səhiyyəsindən şikayətçidir. Belə ki, Arzu Orucov ailə üzvləri ilə birlikdə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada müayinədən keçmişlər. Şikayət məhz həmin xəstəxananın MRT bölməsindəndir.
İddia olunur ki, xəstəxananın MRT şöbəsi insanların başına oyun açır. Arzu Orucov Xəstəxanada Fərid həkimin qəbulunda olduqlarını bildirmişdir. Fərid həkim MRT həkimidir. Fərid həkimin MRT etdikdən sonra qoyduğu diaqnoz insanı şoka salır. Qadın pasientə qoyulan diaqnoz yaşla bağlı olaraq prostat həqiqətəndə gözə göründükdən artıqdır. Çox böyük sual yaranır. Ay Fərid həkim qadında nə vaxtdan prostat olur? Bunu hansı həkimlər müəyyən etmişlər.
Məsələ ilə bağlı Arzu müəllim özü Xəstəxananın MRT şöbəsinin həkimi Fərid bəylə əlaqə saxlamış və ona verilən kağızda qoyulan diaqnozun bu olduğunu bildirmişdir. Fərid həkim isə cavabında o hamıya verdiyimiz şablon cavablardır. Çoxda fikir verməyin. Çox maraqlıdır Gəncə səhiyyəsi gör nə gündə, gör nə vəziyyətdədir ki, Abbas Səhhət xəstəxanasının həkimləri xəstəni aldadaraq, ciddi müayinə etmədən şablon kağızlar hazırlayıb verirlər. Gəncə səhiyyəsinin həkimləri xəstələri düşünmək əvəzinə bütün günü xəstəxanada oturub yalnız öz mənafelərini güdürlər. Bu Gəncə səhiyyəsi barəsində ilk şikayətimiz deyil. Gəncə şəhərində yerləşən bütün xəstəxanalar bu vəziyyətdədir.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Gəncə səhiyyəsi barəsində araşdırılma aparılmasını, xəstələri yox, öz mənafelərini düşünən həkimlər barəsində ciddi tədbir görmələrini xahiş edirik.