Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Deputat Aqil Məmmədov “Qoşqar” adı altında istehsal olunan və Kəlbəcərdən gətirildiyi iddia edilən suların satışının ona yaxın şəxslər tərəfindən həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sozcu.info xəbər verir ki, Milli Məclis üzvü suyu kimin satdığının araşdırılmasını vacib bilib.
A. Məmmədov deyib: “Araşdırsınlar ki, suyu gətirən kimdir, niyə “Qoşqar” adı ilə satırlar? Satışı varsa, suya elə Kəlbəcərin adını versinlər də.
Bu, real söhbət deyil. Bu saat Kəlbəcərdən su gətirmək, onu istehsal etmək, qablaşdırmaq, satışa çıxarmaq yalan söhbətdir. Ola bilər, kimsə nə məqsədləsə edir. Bu söhbət haradan çıxıb, deyə bilmərəm. Gedib araşdırın, görün, mənim qohumum kimdir? Suyun satışını təşkil edən kimdir?
Mənim qohumumdursa, mən düzünü demərəm. Şər-böhtan atırlar. İkincisi, onlara kim icazə verir ki, Kəlbəcərdən su gətirsinlər, üstəlik satışını təşkil etsinlər.
Allahın izni ilə Kəlbəcərdə “İstisu” mineral su zavodu tikilir, artıq təməli qoyulub. Nə vaxt o zavod tikilib istifadəyə veriləcək, Kəlbəcərin hansısa diyarının adından sular satışa çıxarılacaq. Bunlar isə boş, şaiyə söhbətlərdir”.
pravda.az