Ermənilər Qarabağa gizli yolla silah daşıyır? - Şok açıqlama


“Nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlamasının özü çox böyük bir hadisədir”.

Sozcu.info xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

O, aprelin 23-də Azərbaycanın Laçın-Xankəndi yolu üzərində nəzarət-buraxılış məntəqəsi qurmasından sonra bölgəyə daşınan qanunsuz silah-sursatın qarşısının alınması məsələsinə toxunub:

"Əgər düşmən və rus sülhməramlıları oradan silah aparmaq istəyərlərsə, bunlar fikirləşməlidirlər ki, Azərbaycan dövləti buna imkan verməyəcək. Bu xəbərdarlıq da edilib. Yox, əgər ermənilər həmin nəzarət-buraxılış hansısa bir qanunsuz silah-sursat daşımağa cəhd etsələr, onun qarşısı dərhal alınacaq. Belə bir fakt olsaydı, Dövlət Sərhəd Xidməti bununla bağlı açıqlama verərdi. Görünür, qarşı tərəf bunu nəzərə alıb, qeyri-qanuni fəaliyyət və o cümlədən, silah daşınması etmirlər.

Amma bütün hallarda Qarabağdakı separatçıların fəaliyyətinə yaxın zamanlarda son veriləcək. Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının qətnamələrini 2020-ci ildəki 44 günlük Vətən müharibəsində yerinə yetirdiyi kimi. 10 noyabr bəyanatının şərtlərində də görünən odur ki, elə onu da Azərbaycan dövləti yerinə yetirəcək”.

Müsahibimiz düşünür ki, nə ABŞ, nə Rusiya, nə də Avropa danışıqları konkret nəticə verir:

“Məsələni qeyri-müəyyən vaxta saxlamaq olmaz. Oradakı silahlı dəstələr ləğv edilməli, ardınca pasport qeydiyyatı aparılmalı, Azərbaycan qanunlarına tabe olmaq istəyənlər qalıb yaşamalı, digərləri isə ya Ermənistana, ya da başqa yerə getməlidirlər”.

“Ola bilsin ki, sərhədin Qarabağ istiqamətində bəzi nöqtələri hələlik nəzarətə götürülməyib. Amma bu 2 il ərzində Azərbaycan dövlətinin ilk işi Kəlbəcərdən Zəngilana qədər olan istiqamətdə bütün yerləri nəzarətə götürmək idi. Ayrı-ayrı vaxtlarda da düşmən orada müxtəlif yollar çəkirdi ki, bunun da qarşısı alınıb”, – deyə E. Həsənli əlavə edib.

“Rusiya sülhməramlıları separatçılara özlərinə aid olan silah-sursatlardan verə bilərlər. Çünki ərazi Azərbaycan dövlətinin nəzarətindədir. Bəlkə də qaçaqmalçılıq fəaliyyəti ilə bağlı xırda cəhdlər var. Böyük cəhdlər isə qeyri-mümkündür, çünki bölgədəki proseslərə Müdafiə Nazirliyi və DSX nəzarət edir. Məncə, yaxın zamanlarda bu məsələ bütünlükdə yekunlaşacaq”, – deyə E. Həsənli ehtimallarını səsləndirərkən bildirib.

Hərbi analitik bəyan edib ki, qanunsuz erməni silahlılarının yerləşdiyi bölgədə nə qədər silah-sursatın olduğu bilinmir:

“Amma ərazidə 10 minə yaxın silahlının olduğu bəllidir. Onların böyük hissəsi Ermənistan vətəndaşıdır. Bu  çağırışçılar Ermənistana qayıdandan sonra yeni çağırışçılar rotasiya ilə bölgəyə gəlir. Amma bütün hallarda separatçıların nəfəsliyi bağlanıb və yaxın bir neçə ayda məsələ öz həllini tapacaq”.




Oxşar Xəbərlər

Xəbər lenti