Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Mətbuatda “kadırovçular”ın Gürcüstana səfəri ilə bağlı xəbərlər yayılıb.
Sozcu.info xəbər verir ki, Gürcüstanın müxalif “Mtavari” telekanalı Nataxtari kəndi yaxınlığında avtomobil yolunda Rusiya dövlət nömrə nişanlı avtomobil kortejinin görüntülərini əks etdirən videogörüntülər dərc edib. Daha sonra sosial şəbəkələrdə həmin avtomobillərin Batumidə çəkilmiş fotosu yayımlanıb.
Sosial şəbəkə istifadəçiləri “kadırovçular”ın Gürcüstan səfərindən yazır. Bildirilir ki, eyni nömrəli avtomobili iş adamı Aslambek Axmetxanovun köhnə İnstaqram paylaşımında görmək olar.
“Qafqaz düyünü” yazıb ki, Axmetxanov “Yuğ-Oil” şirkətinin sahibidir. 2020-ci ildə o, qeyri-qanuni bank fəaliyyətinə görə bir il sınaq müddətinə azadlıqdan məhrum edilib. Nəşrin mənbələri Axmetxanovun "oğru dünyası" ilə əlaqəsini təsdiqləyib. Onun “Lənət olsun” ləqəbli çeçen avtoritet olduğu bildirilir.
2020-ci ilin aprelində Çeçenistan rəhbəri Ramzan Kadırov, müfti və respublikanın yüksək vəzifəli şəxsləri Aslambek Axmetxanovun yanına gələrək, qadınların yanında spirtli içki qəbul etdiyinə görə onu danlayıblar. Axmetxanov dövlət televiziyasının efirində üzr istəyib.
Axmetxanovla danışan Kadırov iş adamından hansısa silahın alınması barədə məlumat verməsini tələb edib. Kadırov Axmetxanovun oğlunun sərbəst güləş üzrə Rusiya çempionatı zamanı döyüşə necə başladığını da xatırladıb.
Axmetxanovun özünün Gürcüstana səfər edib-etmədiyi hələlik məlum deyil. Sosial şəbəkələrdə və mediada müzakirə olunan məlumatlara Gürcüstan hakimiyyəti hələlik münasibət bildirməyib. “Mtavari”nin məlumatına görə, “Kadırovçu” bir neçə gün Gürcüstanda olduqdan sonra Gürcüstan-Türkiyə sərhədindən keçərək ölkəni tərk edib.
Kavkaz.Realii saytının məlumatına görə, mayın 31-də Çeçenistan müxalifətinin teleqram kanallarında Ramzan Kadırovun ətrafının Türkiyəyə mümkün səfəri də elan edilib. Bir gün sonra Axmat Kadırov adına Polis Alayının komandiri Zamid Çalayev Türkiyənin Antalya şəhərində yerləşən Concorde De Luxe Resort otelinin xəritədə qeyd olunmuş skrinşotunu yerləşdirib. Ehtimal ki, o, bu hərəkəti ilə Antalyada olmasına eyham vurub.