Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Hələ yanvar ayında Azərbaycan XİN İrana səfərlərin məhdudlaşdırlması ilə xəbərdarlıq etmişdi və bunun səbəbi aydındır. Tehranda səfirliyimiz fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanın İranda təmsilçiliyi çox məhduddur.
Sozcu.info xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov danışıb.
Onun sözlərinə görə, bu yalnız Təbriz şəhərində Baş konsulluğun çox məhdud şəkildə əməkdaşlarının fəaliyyətindən ibarətdir:
"Hələ yanvar ayının sonunda Azərbaycan tərəfi səyahət xəbərdarlığı etmişdi, xüsusi bir ehtiyac olmadığı təqdirdə vətəndaşlarımızın belə səyahətlərdən çəkinməsinə çağırış edilmişdi. Bütün bunlara baxmayaraq, həmin hadisə (Azərbaycanlı tələbənin İranda saxlanılması) ilə bağlı məlumat daxil olarkən dərhal sonra həm Bakı şəhərində İran XİN-ə nota təqdim olunub, eyni zamanda, Baş Konsulluğumuz fəaliyyətə keçdi. Həmin şəxsin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkdi.
Həftələr sonra İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin adam saxlanılıb, o ittiham olunur və onunla bağlı cinayət işi açılıb. Tələbə ilə İrandakı Baş konsulluğumuzun əməkdaşları arasında əlaqə var. Eyni zamanda, fiziki olaraq görüşün təşkil olunması istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlayırıq, məsələ nəzarətimizdədir. (APA)