26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Azərbaycan Hava Yolları QSC-yə (AZAL) dövlət tərəfindən verilən subsidiyaların qalıq kimi bank hesabında qalmasında qəbahət yoxdur.
Sozcu.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, müəyyən dövlət şirkətərinə, xüsusilə də publik hüquqi şəxslərə iqtisadi dəstək tədbirləri çərçivəsində və ya yaranan zərərin qaşrılanması üçün subsidiyalar yönəldilir:
“Bu, həmin şirkətlər tərəfindən istifadə olunmalıdır. Amma bu o anlama gəlmir ki, bu şirkətlərin bank hesabları sıfırlanmalıdır”.
Nazir bildirib ki, bizdə olan məlumata görə, AZAL-ın bank hesabında ilin sonunda qalıq kimi 8,3 milyon manat qalıb.
axar.az