“Ukraynadakı müharibə səbəbindən bütün dünyada silah ehtiyatları azalır” - Ceyms Hippi


Rusiya-Ukrayna müharibəsi səbəbindən bütün dünyada silah ehtiyatları azalır ki, bu da silah şirkətlərinin canlanması üçün yeni mərhələnin başlayacağından xəbər verir.
Bunu Böyük Britaniyanın müdafiə nazirinin parlamentdəki nümayəndəsi Ceyms Hippi "Sky News" nəşrinə müsahibəsində deyib.

Hippi qeyd edib ki, o, 18 ay ərzində dünyanın müxtəlif ölkələrində olub və bu zaman həmin ölkələrin silah ehtiyatlarının azaldığını müşahidə edib.

Hippi belə bir vəziyyətdə Britaniya şirkətlərinin dünya müdafiə sənayesinə verəcəyi töhfələrin olduqca əhəmiyyətli olacağını vurğulayıb. /azpolitka



Oxşar Xəbərlər

Xəbər lenti