SON DƏQİQƏ! Laçın postu bağlanır? – ŞOK DETALLAR


  • “Ermənistan tərəfinin Laçın sərhəd-keçid məntəqəsi istiqamətində atəş açması orada yerləşən ordumuzun şəxsi heyəti ilə bərabər, bu postdan istifadə edən erməni vətəndaşlarımızın da həyat və sağlamlığını təhdid altına alır”.

Bu fikirləri Sozcu.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

edalet.jpg (248 KB)

Ekspert bildirib ki, böyük ehtimalla erməni tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyi üçün təxribatların mümkün miqyasını genişləndirməyə çalışır:

“Əvvəllər Kəlbəcər istiqamətində mövqelərimizə atəş açıldığını daha çox müşahidə edirdiksə, artıq bu atəşkəs pozuntularına Gorus istiqaməti də əlavə olunub. İlk dəfədir ki, biz Laçın sərhəd-keçid məntəqəsinə qarşı erməni təxribatları ilə qarşı-qarşıya qalmışıq. Bu təxribatlar nəticəsində yaralı əsgərimiz var.
Düşünürəm ki, Ermənistan tərəfi bu təxribatların bədəlini artıqlaması ilə ödəyəcək. Yaralanan əsgərimizin qanı heç bir halda yerdə qalmayacaq.

Hərbi ekspertin sözlərinə görə, digər adekvat tədbir kimi Azərbaycan tərəfi Laçın sərhəd-keçid məntəqəsində təhlükəli vəziyyəti nəzərə alaraq müvəqqəti olaraq postun bağlanmasını da tətbiq edə bilər:

“Çünki həmin atəş mülki vətəndaşlara da xəsarət yetirə bilərdi. Odur ki, Azərbaycan tərəfi həm Ermənistanı cəzalandırmaq, həm də ərazidə təhlükəsizliyi bərpa etmək üçün atəş açılan düşmən mövqelərini darmadağın edərək həmin ərazilərdə Azərbaycan ordusunun şəxsi heyətini və Azərbaycan Respublikasının dövlət bayrağını yerləşdirməlidir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}