Nazir müavinindən mümkün dördgünlük iş həftəsi ilə bağlı - AÇIQLAMA


“Cənab nazir (əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev- red.) qeyd etdi ki, hər il 100 min insan əmək bazarına daxil olur. Lakin baxmaq lazımdır ki, özəl və dövlət qurumları bu şəxslər üçün nə qədər iş yeri yaradır? Bu gənclər özləri hansı startaplar edir, nə bizneslər qurur? Bu suallar ətrafında düşünməliyik”.

Sozcu.info xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən “İnsan Resursları Zirvəsi 2023” tədbirində bildirib.

Nazir müavini vurğulayıb ki, gələcək üçün ən çox təhsil, rəqəmsal ticarət və kənd təsərrüfatı sahəsində iş yeri olacaq: “Bəli, zaman-zaman iş 4 günlük olsun və s. kimi məsələlər qalxacaq. Bəzi ölkələr bu təkliflə çıxış ediblər. Amma burada niyyətlər müxtəlifdir. Bir tərəfdən düşünmək olar ki, bu, işçilərin daha asudə vaxt əldə etməsi üçündür, amma digər tərəfdən fikirləşmək olar ki, bu, şirkətlərin maddi cəhətdən daha çox qənaət etməsinə hesablanıb. Buna görə bunun kimi məsələlər ölkələrdə pilot layihə olaraq tətbiq olunur”. (qafqazinfo)



Oxşar Xəbərlər

Xəbər lenti