Zelenski Gürcüstan şirkətinə qarşı sanksiyalar qoydu


Sozcu.info xəbər “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya birbaşa hava uçuşlarını bərpa edən “Gürcüstan Hava Yolları” (Georgian Airways) şirkətinə qarşı 10 illik sanksiya tətbiq edib.

Məhdudiyyətlər siyahısına vəsaitlərin dondurulması, ticarət əməliyyatlarının, iqtisadi və maliyyə öhdəliklərinin yerinə yetirilməsinin dayandırılması, Ukrayna ərazisindən keçən uçuşların qadağan edilməsi,lisenziyaların və digər icazələrin ləğv edilməsi və s. daxildir.

Ukraynanın qəbul elədiyi yeni sanksiyalar siyahısına 190-dan artıq fiziki, 290-dan artıq hüquqi şəxs, o cümlədən, Rusiyanın zavodları və şirkətləri daxil edilib.



Oxşar Xəbərlər

Xəbər lenti