Zelenski Saakaşviliyə görə bu addımı atdı


Ukrayna Prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinə Gürcüstanın ölkədəki səfirini çağırmağı və həmin ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili ilə bağlı məsələ barədə Tiflislə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində ölkəni tərk etməsi barədə göstəriş verməyi tapşırıb.

“Report” xəbər verir ki, dövlət başçısı bu barədə teleqramdakı kanalında yazıb.

“Bu gün mən Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirini çağırmağı, ona kəskin etirazımı bildirməyi və paytaxtı ilə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynadan çıxmasını təklif etməyi tapşırdım”, - Zelenski teleqramdakı kanalında qeyd edib.

Zelenski yenidən Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı olan Saakaşvilini müalicə üçün ölkəsinə qaytarmağa çağırıb.

Qeyd edək ki, Mixeil Saakaşvilinin səhhətinin ağır olduğunu sübut etdirən fotolar yayılıb. Şəkillər geniş müzakirələrə səbəb olub. Zelenski daha əvvəl də bildirmişdi ki, Sakaşvilinin Ukraynaya qaytarılması üçün əlindən gələni edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti