144 milyon manat mənimsəmə ittihami olan - NAZİRİN HƏBS MÜDDƏTİ UZADILDI


Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatətinə baxılıb.

Sozcu.info xəbər verir ki, keçirilən prosesdə vəsatət təmin edilib və Rafael Əliyevin barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir (APA).



Oxşar Xəbərlər

Xəbər lenti