Qoca Səmədov azadlığa buraxıldı


Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.

Sozcu.info-nun əldə etdiyi xəbərə görə, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Məlumatı onun vəkili Elnur Vəliyev saytımıza təsdiqləyib.
Vəkil bildirib ki, müvəkkili xəstəliyi ilə bağlı vaxtından əvvəl cəzadan şərti olaraq azad olunub.

Xatırladaq ki, Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə 7 il 3 ay azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə, Ali Məhkəmə 5 il 9 aya endirib.



Oxşar Xəbərlər

Xəbər lenti