KƏMALƏDDİN HEYDƏROV YENİ BAŞ İDARƏ YARADIR - Rəis vəzifəsinə polkovnik xanım gətiriləcək


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti və Tibb Mərkəzi birləşir.

Sozcu.info xəbər verir ki, "qaynarinfo"-nun məlumatına görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Nazirlər Kabineti ilə ştat cədvəlini razılşadırmaq şərti ilə xüsusi tapşırıq verib.

İki qurumun yerində isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Baş İdarəsi yaradılır.

FHN Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Pərviz Mustafa oğlu Vəliyev və Tibb Xidməti Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovnikı Salman İsrafil oğlu Məmmədov yaşa görə təqaüdə göndərilir.

Yeni yaradılan FHN Tibb Baş İdarəsi rəisi vəzifəsinə isə Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyeva gətiriləcək.

Xanım Sofiyevanın kadrı hesab olunan psixoloq Davud Sultanov və lor həkimi Tale Əlirzaev Tibb Baş İdarəsinə müavin təyin ediləcək. Tale Əlirzayev hazırda Tibb Xidmətinin rəis müavini vəzifəsində ola-ola "West Hospital” da lor həkimi kimi işləyir.



Oxşar Xəbərlər

Xəbər lenti