Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
AZAL konserninin sabiq rəhbəri Cahangir Əsgərovun vəzifəsindən azad edilməsi istər cəmiyyətdə ciddi müzakirə doğurub. 15 ildən çox AZAL-a rəhbərlik etmiş şəxsin haqqında olmazın sözlər deyilir. “Boeing Cahangir”in astronomik əmlakı xüsusilə çoxlu iddialar yaradıb. 73 yaşlı Əsgərovun yığdıqları əlindən alına bilərmi? Bu sərvət korrupsiya qoxuyurmu?
Sozcu.info xəbər verir ki, yenisabah.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Azərbaycan hüquqi bir dövlətdirsə, Cahangir Əsgərovun dövlətdən oğurladığı dövlətə qaytarılmalıdır:
“Təəssüf ki, ölkəmizdə acı bir təcrübə mövcuddur. Ağır cinayətdə ittiham olunan şəxslərin korrupsiya ilə əldə etdiyi əmlak məhkəmədə özünə qaytarılır. Belə halları Akif Çovdarov, digər MTN generallarının işində gördük. Amma düşünürəm ki, Cahangir Əsgərova da qarşı hansısa bir hüquqi bir təqib olacaq”.
ADP sədri əlavə edib ki, Cahangir Əsgərov uzun illər ərzində AZAL-ı çapıb-talayıb:
“Təsəvvür edin ki, AZAL-dan dövlət büdcəsinə gəlir gətirmədiyi halda, ən bahalı tariflərlə işləyir. Dövlət ildə AZAL-a külli miqdarda dotasiya verib. Əvəzində AZAL-ın yox, Əsgərov mülklərinin sayı çoxalıb.
Mən Cahangir Əsgərovun Tbilisidəki 5 ulduzlu otelini öz gözümlə görmüşəm. Onun dünyanın müxtəlif yerlərində nəhəng müəssisələri mövcuddur. Bütün bunlar dövlətə qaytarılmalıdır”.
“Əgər Cahangir Əsgərovun əmlakını əlindən almaq istəsələr, o, bunu qoruya bilməyəcək. Ancaq kim almaq istəyəcək? Azərbaycanda bu dəqiqə elə bir vəziyyət var ki, cinayətkarlığa qarşı effektiv mübarizənin aparılması və dövlətə vurulan ziyanın kompensasiya edilməsi qeyri-mümkündür”, – deyə Sərdar Cəlalkoğlu fikirlərini yekunlaşdırıb.