Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Qarabağ separatçıları bu gün qondarma “parlament”də “prezident seçkiləri” keçirəcək. Qondarma rejim “seçkini” saat 11:00-a təyin edib.
Xuntanın başçısı olmağa bir namizəd var: “Qarabağ klanı”na daxil olan bütün qüvvələr tərəfindən dəstklənən Samvel Şahramanyan.
Sozcu.info xəbər verir ki, erməni mənbələri qondarma “seçki” günü namizədliyi qeydə alınmayan “keçmiş müdafiə naziri” Samvel Babayan və dəstəsinin müqavimətə hazırlaşdığını bildirir, Babayan özü də bunu gizlətmir. Separatçı rejimin müqavimətə qarşı sərt tədbirlər görüləcəyi, erməni əhalisini “təxribatlara” uymamamağa çağırması haqda dedikləri də bu gözləntini artırır.
Baş verənlər Xankəndində qarşıdurmanın yarana biləcəyini göstərir.
Rəsmi Bakı Azərbaycanın suverenliyinə qarşı olan qondarma “seçkiləri” təxribat adlandırıb.