“Qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır” – MN

Sentyabrın 9-u saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.
Sozcu.info xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda deyilir.



Oxşar Xəbərlər

Xəbər lenti