22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Diş sağlamlığı ilə bağlı gözardı edilən məqamlar yenidən diqqət mərkəzinə düşüb. Həkimlər gündəlik qidalanmanın təsirini xatırladır, bəzi məhsulların isə dişlər üçün ciddi təhlükə yaratdığını deyir.
Rusiyalı stomatoloq Mariya Balakireva bildirib ki, şirin içkilər, çipslər və tumlar dişlərə ciddi zərər vurur və kariyes riskini artırır. Onun sözlərinə görə, əsas amillərdən biri məhz gündəlik rasiondur.
Həkim tövsiyə edir ki, imkan daxilində şirin qazlı içkilərdən, hazır şirələrdən uzaq durmaq lazımdır. Bu içkilərin tərkibində faydalı maddələr demək olar yoxdur, əsasən şəkər və boyayıcı maddələr üstünlük təşkil edir. Nəticədə diş minasının üzərində nazik qat yaranır, zaman keçdikcə dişlər iki tonadək tündləşə bilər. Üstəlik, bu mühit bakteriyalar üçün əlverişli zəmin yaradır və kariyesin inkişafını sürətləndirir.
Mariya Balakireva yapışqan şirniyyatların da təhlükəli olduğunu qeyd edib. İris və saqqız tipli konfetlər dişlərin arasına asanlıqla ilişir, uzun müddət təmizlənmir və bakteriyalar üçün qida mənbəyinə çevrilir.
Onun sözlərinə görə, çipslər də az təhlükəli deyil. Ağızda tezliklə yapışqan kütləyə çevrilir, diş səthində qalır. Tərkibindəki nişasta isə dişlərin zədələnməsi riskini daha da artırır.//Demokrat.az