Bakıdan qovulmuş polkovnikə məktub var: “24 saata ölkəni tərk et”


Xəbər verildiyi kimi, “Sputnik Moldova”nın rəhbəri Vitali Denisov Moldovadan deportasiya edilib və ona ölkəyə girişinə 10 il qadağa verilib.

Sozcu.info xəbər verir ki, bu barədə “RİA Novosti”yə danışan Denisov bildirib ki, Kişinyovda miqrasiya xidmətinin əməkdaşları onun evinə gələrək onu maşına mindirib və ilk reysdə deportasiya qərarı ilə hava limanına aparıblar.

“Mənə əşyalarımı yığmağa, ev heyvanlarımı götürməyə və s. imkan vermədilər. Onlar Moldovaya girişimə 10 il qadağa qoyulması barədə əmr veriblər. Səfirə məlumat verilib”, - jurnalist” bildirib.

Bəs adi bir jurnalstin təqsiri nədir?

Belə məlum olur ki, Vitali Denisov adi jurnalist deyil, ümumiyyətlə, onun jurnalist olub-olmaması şübhəlidir. O, “Sputnik Moldova”ya qısa müddət ərzində rəhbərlik edib. Kişinyovlular tezliklə anlayıblarr ki, Denisov sadəcə “jurnalist” deyil, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşıdır və Moskvadakı baş ofisin rəhbərliyi onu məhz anti-Rusiya əhval-ruhiyyəsinin olduğu ölkələrdəki mərkəzlərinə rəhbər kimi göndərir - bir növ böhran meneceri kimi.

Məsələ burasındadır ki, ötən ilin dekabrında Minval.az saytınən yazdığı kimi, Denisov Azərbaycanda fəaliyyət göstərib və ölkə rəhbərliyi Rusiya xüsusi xidmət orqanlarının polkovniki Denisovun Azərbaycandan götürülməsini vacib sayıb. Bundan “Sputnik Azərbaycan”ın ətrafında yaranan növbəti qalmaqal zamanı xəbər agentliyinin 4 redaktoru işdən çıxarılıb. Onlar “Sputnik”in qərəzli materiallar yayaması ilə razılaşmırmışlar.

Maraqlıdır ki, Vitali Denisov Bakıya təyinatdan əvvəl separatçı Cənubi Osetiyada işləyib və burada strateji tapşırıqlar yerinə yetirib.

İndi Marqarita Simonyanın Denisovu növbəti dəfə hansı ölkəyə göndərəcəyi barədə təxmin irəli sürmək lazımdırsa, bu, onun ata vətəni Ermənistan ola bilər. Amma çətin ki, anti-Rusiya ovqatının gücləndiyi bu ölkə ifşa olunmuş Denisovu qəbul etməyə razılaşsın.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti