Azərbaycanda “Polis haqqında” QANUNA dəyişiklik ediləcək


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Banker.az”a verilən məlumata əsasən, gündəlikdə 5-ci və 6-cı məsələlər barədə komitə üzvü Bəhruz Məhərrəmov məlumat verib.

O, bildirib ki, birinci oxunuşda olan “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrində daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan şəxslər kimi “kursant” adlandırılması təklif olunub.

Həmçinin “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə daxili işlər orqanları üçün kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədi ilə bir sıra yeniliklər, o cümlədən “Daxili işlər orqanları üçün kadr hazırlığı” adlanan I-I Fəslin əlavə olunması təklif olunur.



Oxşar Xəbərlər

Xəbər lenti