25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Hamı kimi biz də gözləyirik. Mətbuatdan izləyirik ki, məsələ Yevlaxda həll olunacaq".
Bunu Musavat.com-a açıqlamasında Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elnarə Əzizova bildirib.
"Amma digər məsələlər İcra Hakimiyyətinin səlahiyyətində deyil. Harada, necə olacağı barədə də bir söz deyə bilməyəcəm", - deyə E.Əzizova qeyd edib.
O, ermənilərin bir vaxtlar "Azərbaycanı Yevlaxa qədər qovmuşuq" sərsəmləmələri ilə bağlı isə bunları deyib:
"Tarix sübut etdi ki, onların dediklərinin tam əksi oldu. Təbii ki, bizim üçün qürur hissidir ki, ermənilər ayağımıza gəlir. Artıq şərhə də ehtiyac qalmır. Onlar ağ bayraq qaldırdılar. Hər zaman olduğu kimi, qalib ölkəyik. Allah Prezidentimizi, Ordumuzu qorusun. Qarabağ Azərbaycandır".
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.