Görüş üçün niyə məhz Yevlax seçildi?


Sabah rəsmi Bakının təklif etdiyi kimi, ölkəmizin Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək. Sozcu.info xəbər verir ki, görüş yerinin Yevlax şəhərinə təyin edilməsi maraqla qarşılanıb və sosial şəbəkələrdə bununla bağlı müzakirələr gedir.

“Niyə məhz Yevlax?” sualı hazırda sosial şəbəkələrdə ən aktual suallardan biridir və bununla bağlı hərə öz mülahizəsini irəli sürür.

Əvvələ xatırladaq ki, rəsmi Bakının təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi avqustun əvvəllərində razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı.

Lakin bütün bu razılıqlara baxmayaraq, Qarabağın erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozmuşdu.

Bundan başqa, ermənilər görüşün neytral zonada keçirilməsi istəyirdi ki, Azərbaycan da bunun müzakirə mövzusu belə ola bilməyəcəyini bildirmişdi. Çünki Azərbaycanın daxili məsələsi heç vaxt neytral məkanda müzakirə oluna bilməzdi!

Görüşün Yevlaxa təyin olunmasına gəlincə, bunun sadəcə, məsəfə baxımından həm əlverişli, həm də logistik olaraq uyğun olduğu bildirilir. (qafqazinfo)



Oxşar Xəbərlər

Xəbər lenti