26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinlər üçün yanacaq göndərib.
Sozcu.info Report-a istinadən xəbər verir ki, yanacaqla dolu nəqliyyat vasitələri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Hazırda yanacaq daşıyan nəqliyyat vasitələri Xankəndi istiqamətində hərəkət edir.
Yanacağın ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.
Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.