13-11-2023, 11:10
13-11-2023, 10:05
13-11-2023, 09:50
5-10-2023, 01:25
26-09-2023, 21:32
Dövlət Təhlükəsizliyi Xidməti qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyana Cinayət Məcəlləsinin hansı maddələri ilə cinayət işinin başlanmasını açıqlayıb.
Sozcu.info xəbər verir ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.