İrandakı səfirliyimizə hücum edənə ölüm cəzası verildi


Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarılıb.

Sozcu.info xəbər verir ki, bu barədə Azərbaycan Televiziyası (AzTV) məlumat yayıb.

Bildirilib ki, Yasin Hüseynzadə ilə bağlı hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.



Oxşar Xəbərlər

Xəbər lenti