25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvili Qqarabağdakı qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan və separatçı qurumun “prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işləmiş David Babayanın Azərbaycan tərəfindən həbsinə münasibət bildirib.Sozcu.info xəbər verir ki, Saakaşvili bu barədə öz feysbuk hesabında yazıb.“Ətrafımızda xeyir və şərin qarşıdurması baş verir. Azərbaycan Rusiyanın Ukraynada apardığı müharibəni fəal şəkildə dəstəkləyən Ruben Vardanyanı, eləcə də “Abzaxiya Respublikası və “Cənubi Osetiya Respublikası” ilə əlaqələri inkişaf etdirən “xarici işlər naziri” David Babayanı həbs edib. Qeyd etdiyim işğal olunan ərazilər (Gürcüstanın – red.) öz tərəfdaşlarını itirib, çünki qondarma rejim özünü buraxdığını elan edib”, - deyə Saakaşvili qeyd edib.