Dünən, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) H.Aslanov stansiyasının dalan yollarında korroziyaya uğramış yük daşıyıcı konstruksiyaların bərpası işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.Sozcu.info Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi Avro-Asiya İnşaat Korpoasiyası "Evrascon” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 31 677 740,95 AZN-dir.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, Avro-Asiya İnşaat Korpoasiyası "Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8-də yerləşir. ASC-nin qanuni təmsilçisi İsmiyev Həmzət İsmayıl-Əfədniyeviçdir."Evrascon” MMC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Araşdırma materiallarında qeyd olunur ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı "Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Abid Şərifov isə bu barədə mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirib.Qeyd edək ki, Abid Şərifov 1995-2018-ci illərdə baş nazirin müavini vəzifəsində çalışıb.