“Gəncəyə raket zərbələri endirənlərin həbsi bizə təsəlli verir”


“Gəncəyə raket zərbələri endirilməsinin ildönümü ərəfəsində cinayət törətmiş şəxslərin həbs edilməsi bizə əlavə təsəlli verir”.

Bu sözləri Gəncə şəhərində səfərdə olan Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həm birinci Qarabağ, həm 44 günlük Vətən Müharibəsi, həm də atəşkəs dövründə çoxsaylı cinayət işləri açılıb və hazırda bu işlər davam etdirilir: “Gəncə şəhərinə raket zərbələri endirilməsindən 3 il keçir. Bu günlərdə həmin cinayət əməllərini törətmiş şəxslərin bir neçəsi həbs olunub. Bu da Gəncə hadisələrinin ildönümü ərafəsində bizə təsəlli verir. Hər fakta görə ayrıca cinayət işi var. Hazırda istintaq hərəkətləri davam edir. 

Həmçinin sevindirici haldır ki, Prezident İlham Əliyevin məharətli, diplomatik siyasəti, ordu quruculuğu nəticəsində bütün Azərbaycan əraziləri artıq bizim nəzarətimizdədir”.



Oxşar Xəbərlər

Xəbər lenti