25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Milli Məclisin xüsusi iclası öz işinə başlayıb.
Sozcu.info-nun məlumatına görə spiker Sahibə Qafarova giriş nitqi ilə çıxış edərək bildirib ki, iclasın gündəliyində bir məsələ var: İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının qəbulu.
Daha sonra Sahibə Qafarova tribunadan çıxış edib. Spiker çıxışında Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən, tarixi uğurlarından danışıb.Qeyd edib ki, son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub, ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib: “Ötən dövr ərzində Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı formalaşıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır. İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə ölkə iqtisadiyyatı heyrətamiz inkişaf yolu keçib. Azərbaycanda istehsal olunan ümumi daxili məhsul 3,6 dəfə artıb”.Sədr Azərbaycan dövlətinin terrora qarşı həyata keçirdiyi bir günlük uğurlu əməliyyatından da bəhs edib. Bildirib ki, həmin əməliyyat nəticəsində Azərbaycan ərazisində qalan separatçı qüvvələr tamamilə çıxarılıb: “Azərbaycanın suverənliyi onunu bütün ərazisində bərpa edilib. Bununla bərabər Azərbaycan Ermənistan tərəfi ilə sülh danışıqlarını aparmağa hazırdır. Bunu Prezidentb İlham Əliyevin son çıxışında da bir daha şahidi oluruq. Ümid edirik ki, sülh müqaviləsi prosesi uğurla davam etdiriləcək”.
Spikerin çıxışından sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyəti ilə bağlı vide-çarx nümayiş etdirilib. Hazırda xüsusi iclas deputatların çıxışları ilə davam etdirilir.
E.Paşasoy,Musavat.com
***
Milli Məclisin xüsusi iclası başlayıb.
Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ daxil edilib.
Toplantıda İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunacaq.