“SİZİN VAXTINIZ ÇOX AZDIR…” - Saakaşvili Paşinyana müraciət etdi


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib. Hurriyyet.az xəbər verir ki, eks-prezident müraciətində Rusiya hərbi bazasının Ermənistandan dərhal çıxarılmasını, eləcə də ölkənin MDB və KTMT-də çıxmasını, Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün əməli addımlar atmasını tövsiyyə edib.

Saakaşvili Ermənistanın baş nazirinin çox az vaxtının olduğunu bildirib: “"İlk dəfədir ki, sizə müraciət edirəm və bunu açıq edirəm. Çünki regionumuzun və Ermənistanın taleyi məni çox narahat edir.

Siz hakimiyyətə xalq üsyanları nəticəsində, yəni Putinin terminologiyası ilə desək, “rəngli inqilab” nəticəsində gəldiniz və inanın ki, ona beyət etsəniz də, sizi heç vaxt bağışlamaz. Xüsusilə də Sizin son bəyanatlarınızdan, siyasi gedişlərinizdən və Roma Əsasnaməsinin ratifikasiyasından sonra. Putin əlində olan bütün imkanlarla - daxili iğtişaşlarla, hərbi təşviqatla sizi devirməyə çalışacaq. Odur ki, çox az vaxtınızın olduğunu xatırlamaq lazımdır.

Hakimiyyətə gələndən sonra siz əsaslı islahatlar apara bilmədiniz, ona görə də indiki dövlət aparatınız həqiqətən də Kremlin “beşinci kolon”udur. Avropaya inteqrasiyada gecikmisiniz.

Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni şans verir. Müəyyən müddətdən sonra biz üç Baltikyanı ölkə kimi yaşaya bilərik - açıq sərhədlərlə, hər birinin üstünlüklərindən istifadə edərək bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməliyik. Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb edin, MDB, KTMT, gömrük ittifaqından çıxın və Avropa İttifaqı və NATO-ya müraciət edin”

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti