26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
"Zəfər Günü ilə bağlı əfv olması ehtimalı demək olar ki, yoxdur".Sozcu.info bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü Əlməmməd Nuriyev deyib.O bildirib ki, bir ildə iki dəfə əfv sərəncamının verilməsi qeyri-mümkindir:"Mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan əfv tarixində ən böyük sərəncamı imzalanıb və 800-dən artıq şəxs cəzadan azad edilib. Bundan əlavə bir il ərzində iki dəfə əfv sərəncamının verilməsi az gözləniləndir. Əlbəttə ki, bu, Prezidentin müstəsna səlahiyyətləridir”.Əlməmməd Nuriyev hesab edir ki, əgər 8 noyabrda əfv sərəncamı gözlənilsəydi, o zaman Əfv Komissiyasının iclasları keçirilərdi:"Cəmiyyətə bununla bağlı məlumat verilərdi. Bu günə kimi iclaslar keçirilməyib. Qısa vaxt qalıb, bundan sonra həmin iclasların keçirilməsi mümkün deyil”.