Qarabağ ermənilərinin 95%-i Ramil Usubova işləyirdi - Sabiq rəis


Biz Xaçatryanı Qarabağda milli irqi ayrı-seçkilk və münaqişə yaratdığına görə həbs etmişdik.

Sozcu.info xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəmə prosesində o zaman Şuşanın Post Patrul Xidmətinin Qərargah rəisi olmuş Azay Kərimov deyib.

O, Xaçatryanı yaxşı tanıdığını bildirib.

"SSRİ qoşunlarından baş leytenant kimi Azərbaycana gəlmişdim. Şuşanın Post Patrul Xidmətinin Qərargah rəisi vəzifəsində çalışmışam. O zaman bir nömrəli terrorçu qrupların rəhbərləri Samvel Babayan, Armais, Köçəryan, Balasanyan və Serj Sərkisyan idi. Adlarını çəkdiyim şəxslərin dəstələri Qarabağın müxtəlif rayonlarına, kəndlərinə, şəhərlərinə daxil olub münaqişə yaradaraq antiazərbaycan təbliğatı aparırdılar. Əmrə tabe olmayanları döyüb, qadınlara zor tətbiq edirdilər. Vaqif bu şəxslərdən idi və o, daha çox Vladik ləqəbi ilə tanınırdı. Onu həbs edib Şuşa türməsinə apardıq. Vaqif Şuşa türməsində olanda bizə deyildi ki, dişi ilə damarını kəsib. Biz onu xəstəxanaya apardıq. Orada hətta dişləri ilə tikişləri söküb özünə yenidən xəsarət yetirmək istəyirdi. Vaqif 2 aydan sonra oradan qaçdı. Bax, Meşəli soyqırımı da bundan sonra başladı. Meşəli hadisələri olanda mən Malıbəylidə idim. Ermənilər qarətlə məşğul idilər. Hətta heyvanları da yandırıb güllələmişdilər. Dağlıq Qarabağda yaşayan ermənilərin 95 faizi keçmiş daxili İşlər naziri Ramil Usubova "işləyirdi". Ona görə də biz onların təxribatından tez xəbərdar olub qarşısını alırdıq. Ermənilərin antiazərbaycan təbliğatına görə 337 ermənini həbs etdik", - A.Kərimov qeyd edib.

axar.az



Oxşar Xəbərlər

Xəbər lenti