Elm və Təhsil Nazirliyi deputatın oğlunu məhkəməyə verdi


Elm və Təhsil Nazirliyi Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun oğlu Urxan Seyidov barəsində məhkəmə iddiası qaldırıb.

Sozcu.info xəbər verir ki, məhkəmə Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın icraatına verilib.

Məhkəmə iddiasının müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, Urxan Seyidov 2008-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 40 manat olan “Snur” MMC-nin (VÖEN - 1301634391) qanuni təmsilçisidir.  

Avropanın aparıcı şirkətlərindən olan “Garlando”nun rəsmi veb saytında qeyd olunur ki, şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi “Snur” MMC-dir.

“Garlando” şirkəti isə stolüstü oyunlar (bilyard, futbol, tennis və s.) üçün avadanlıqlar istehsal edən Avropanın və eləcə də dünyanın aparıcı şirkətlərindən biridir.

Bu şirkətin Ermənstandakı rəsmi tərəfdaşı Ermənistan Stolüstü Futbol Federasiyasıdır. “Garlando” şirkətiylə bağlı maraqlı məqamlardan biri də odur ki, bu şirkət Ermənistanın “Artsakh” (Xankədidəki keçmiş seperatçı rejimin adı – red) adlı klubunun baş sponsorudur. Ötən ilin noyabr ayında “Artsakh” klubu “Garlando” şirkətinin dəstəyi ilə Beynəlxalq Stolüstü Futbol Federasiyasının keçirdiyi Avropa Çempionlar Liqasında iştirak edib.

Ekonominfo.az



Oxşar Xəbərlər

Xəbər lenti