26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.
Sozcu.info-nun məlumatına görə, bu barədə bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Xanbabayev Elnur Zabit oğlu FHN-nin Şimal Regional Mərkəzinin rəis müavini təyin olunub.
Qeyd edək ki, 19.10.1976-ci ildə anadan olan Elnur Xanbabayev Bakı şəhərindən anadan olub, Bakı Ali Hərbi Dənizçilik məktəbini bitirib. Ailəlidir, 3 övladı var.