22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin ərizə yazaraq işdən çıxdığı, SOCAR-a məxsus zavodlardan birinə direktor müavini təyin olunduğu barədə məlumatlar yayılıb.Pravda.az xəbərin doğru olub-olmadığını öyrənmək üçün SOCAR-a sorğu ünvanlayıb.İki gün keçməsinə baxmayaraq, SOCAR tərəfindən hələ də məsələ barəsində mövqe bildirilməyib.R.Əliyev ötən gün sosial şəbəkə hesabında məlumat yayıb ki, “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıqqapı” aksiyası 17 noyabr saat 11:00-da başlayacaq.“Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir”, - o qeyd edib.Xatırlatma: Ruslan Əliyev 2019-cu ildən “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışır.Mənbə: Pravda.azTəqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...