26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Cəlilabad rayonunun Təzəkənd kənd bələdiyyəsinin sədri cinayət məsuliyyətinə cəlb olunub.
Sozcu.info xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, 62 yaşlı Rafiq Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda ittiham olunur.
R.Hacıyev vətəndaşlardan rüşvət alaraq kəndin örüş yerlərini satma və digər əməllərə görə mühakimə olunacaq.
Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.2 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, vəzifəsindən kənarlaşdırılmaqla barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.
İş Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.