Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Xəbər verdiyimiz kimi, Mədət Qəzənfər oğlu Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
Hurriyyet.az xəbər verir ki, 2019-cu il iyunun 20-də sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin olunub.
Ramil Usubovun rəhbərlik etdiyi katibliyin fəaliyyəti istiqamətləri belədir:
• dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, habelə milli təhlükəsizliyə təhdidlərin proqnozlaşdırılması, aşkarlanması, qiymətləndirilməsi, qabaqlanması və qarşısının alınması ilə bağlı araşdırmalar, təhlillər aparır və müvafiq təkliflər hazırlayır;
• milli təhlükəsizlik, o cümlədən xarici və daxili təhlükəsizlik və müdafiə məsələlərinə dair Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən beynəlxalq tədbirlər üçün materialların hazırlanmasında iştirak edir;
• milli təhlükəsizlik məsələlərinə dair Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının layihələrinin hazırlanmasında iştirak edir;
• milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti barədə informasiya və analitik xarakterli materiallar hazırlayır;
• Təhlükəsizlik Şurası katibinin tapşırığı ilə milli təhlükəsizliyin təmin edilməsi sahəsində elmi tədqiqatlar aparılmasının təşkili üzrə tədbirlər görür;
• Azərbaycan Respublikasında milli təhlükəsizliyin vəziyyəti barədə Təhlükəsizlik Şurası katibinin illik məruzəsinin hazırlanmasını təmin edir;
• Təhlükəsizlik Şurasının iclaslarının, habelə Təhlükəsizlik Şurasının fəaliyyəti ilə bağlı görüş, müşavirə və digər tədbirlərin hazırlanmasını və keçirilməsini təmin edir;
• dövlət və yerli özünüidarəetmə orqanlarından daxil olan məlumat və təklifləri nəzərdən keçirir, ümumiləşdirir və Təhlükəsizlik Şurasının katibinə təqdim olunması üçün hazırlayır;
• Təhlükəsizlik Şurası katibinin əmr, sərəncam və göstərişlərini yerinə yetirir.
• Məhz R.Usibovun müavini təyin edilən Mədət Quliyev sözügedən istiqamətlərdə katibin əmr, sərəncam və göstərişlərini yerinə yetirəcək.
Qeyd edək ki, "Azərbaycanın Təhlükəsizlik Şurası katibinin xidməti haqqında Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2019-cu il tarixli 829 nömrəli Fərmanı ilə təsdiq olunub.
qaynarinfo.az