Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Ermənistan Azərbaycanla sərhəd bölgəsində əhalini silahlandırır.
Sozcu.info xəbər verir ki, bu barədə “Fakt” nəşri yazır.
Nəşr yazır ki, hökumət sərhədyanı bölgələrin hər birində atıcılıq poliqonu yaratmaq qərarına gəlib.
“Bu işi həyata keçirən təşkilatlardan biri “Azatazen”dir. Təşkilat atıcıılıq kursları yaradır, əhaliyə hərbi təhsil verir. Hökumət bu addımı təhlükəsizliyin təmin edilməsi ilə izah edir. Bu yaxınlarda Tavuş vilayətinin Noyemberyan rayonunda atıcılıq poliqonu açılıb. Poliqonda məktəblilərə də atış təlimləri keçirilir”, - nəşr yazır.
Ermənistanda sərhədyanı ərazilərdə yaşayan əhalinin silahlandırılması qərarı 44 günlük müharibədən sonra verilib. Lakin son vaxtlar, xüsusilə Ermənistanın sərhəddə təxribat hazırlığına dair gözləntilərin artdığı dövrdə əhalinin silahlandırılması işlərinin intensivləşdirilməsi diqqət çəkir. İstisna deyil ki, bu addımlar Azərbaycana qarşı sərhəd təxribatının törədilməsi və bölgədə yeni eskalasiyanın başlanması planının tərkib hissəsidir.
publika.az