Azərbaycan diplomatlarının Türkiyədə aldadılması ilə bağlı rəsmi AÇIQLAMA


Türkiyədə aldadıldığı bildirilən diplomatların Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və ya baş konsulluqları ilə heç bir bağlılığı yoxdur.

Sozcu.info xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, belə bir hal baş verdiyi məlumdur və zərərçəkən şəxslər Türkiyədəki beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar olublar.

“Bir neçə il bundan əvvəl qeyd edilən diplomatlar çalışdıqları beynəlxalq təşkilatın işinə aidiyyəti olmadan öz şəxsi təşəbbüsləri əsasında maliyyə sərmayəsi etmək qərarına gəliblər və onlar xəbərlərdə səslənən vəsaitin yalnız bir qismi ilə ziyan çəkiblər.

Hazırda qeyd edilən şəxslərin iddiası əsasında məsələ Türkiyənin müvafiq hüquq-mühafizə orqanları və məhkəməsi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır”, - deyə səfirliyin məlumatında qeyd edilib.  

Qeyd edək ki, ötən gün Türkiyədə azərbaycanlı diplomatların aldadıldığı haqqında xəbər yayılmışdı.

oxu.az



Oxşar Xəbərlər

Xəbər lenti